2019-cu ildə dövlət büdcəsi gəlirlərinin 7 milyard 316 milyon manatı və yaxud 31,9%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 1 milyard 164,3 milyon manatı və yaxud 49,6%-i Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) transferlərin, 3 milyard 451,6 milyon manatı və yaxud 15,1%-i Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə daxilolmaların, 785,6 milyon manatı yaxud 3,4%-i isə digər gəlirlərin payına düşəcək.
Bu barədə "2019-ci ilin dövlət və icmal büdcələri üzrə layihəsi"də bildirilir.
Layihəyə görə, Vergilər Nazirliyinin proqnozu ötən ilə nisbətən 64 milyon manat və yaxud 0,9% azdır: Nazirliyin xətti ilə proqnozlaşdırılan daxilolmaların 68,1%-i və ya 4 milyard 980 milyon manatı qeyri-neft sektorunun, 31,9%-i yaxud 2 milyard 336 milyon manatı neft sektorunun payına düşür.
© Report