Bu ilin yanvar-aprel ayları ərzində vergi ödəyiciləri tərəfindən Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 256 748 min manat məbləğində vəsait ödənilib.
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən “Report”a verilən məlumata görə, Nazirlik üzrə müəyyənləşdirilmiş proqnoz tapşırığına 106,3% əməl olunub.
Qeyd edək ki, ötən illə müqayisədə cari ilin ilk 4 ayında Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 51 773,3 min manat yaxud 2,35% artıb.
Məmbə: Report.az