Bir neçə ərazi vergi idarələrinin rəhbərliyində rotasiya qaydasında dəyişiklik olub.
Vergilər naziri Fazil Məmmədovun müvafiq əmri ilə 13 saylı Zaqatala Ərazi Vergilər İdarəsinin rəhbəri işləmiş Mahmudov Fuad Malik oğlu 5 saylı Şirvan Ərazi Vergilər İdarəsinə direktor təyin edilib. Bundan əvvəl bu vəzifəni tutan Fərəcov Ədalət Səlim oğlu isə 6 saylı Lənkəran Ərazi Vergilər İdarəsinə rəhbər təyin olunub.
Mənbə: Apa.az