Vergilər Nazirliyində yeni departament yaradılıb | Banco.az

Vergilər Nazirliyində yeni departament yaradılıb

“Vergilər Nazirliyində nazir Fazil Məmmədovun əmri ilə yeni departament yaradılıb”. 

Bunu “Şəffaflığa doğru birlikdə” mövzusunda vergi konfransında çıxış edən Nazirliyin Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru Natiq Şirinov deyib.

Ən sərfəli kredit üçün müraciət et

Yeni yaradılan qurum Əlaqələndirmə və idarəetmə departamenti adlanır.

N.Şirinovun sözlərinə görə, yeni departament vergi ödəyicilərinə daha rahat xidmət göstərilməsi məqsədi ilə yaradılıb.

Mənbə: Report.az