Vergilər Nazirliyi müğənni Abbas Bağırovun vergi üzrə faiz borcunu silib. Silinən ümumi məbləğ 8 473,5 manatdır.
Qeyd edək ki, bir müddət əvvəl müğənni Nazirliyi ona qanunsuz olaraq 30 min manat cərimə yazmaqda ittiham etmişdir.
Xatırladaq ki, vergi borcuna görə faizlər 2017-ci il yanvarın 1-dən silinib.
Mənbə: Report.az