Vergilər Nazirliyi: Azərbaycan üçün 75 min POS-terminal yetərlidir | Banco.az

Vergilər Nazirliyi: Azərbaycan üçün 75 min POS-terminal yetərlidir

Bu gün Azərbaycan əhalisində 5 mln.-dan artıq plastik bank kartları var. Bu isə nağdsız ödənişlərin həyata keçirilməsinə şərait yaradır. Bunu jurnalistlərə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərovun sözlərinə görə, əgər əlavə POS-terminalların quraşdırılması lazım olarsa, Nazirlik bunu təmin edəcək: "Bu gün ölkə üzrə 75 mindən artıq POS-terminal var. Banklarda baş verən proseslər POS-terminalların sayını azaldıb. Məncə, bu, kifayətdir. Əgər əlavə POS-terminallara ehtiyac yaranarsa, Vergilər Nazirliyi bunu təmin edə bilər".

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az