Vergilər naziri özünə yeni müşavir təyin edib | Banco.az

Vergilər naziri özünə yeni müşavir təyin edib

Vergilər naziri Fazil Məmmədov özünə yeni müşavir təyin edib. Bununla da nazirin müşavirlərinin ümumi sayı 10-a çatıb.

Vergilər nazirinin yeni müşaviri Mahir Əhmədağa oğlu Rəfiyev təyin edilib. M.Rəfiyev bu vaxta qədər Vergilər Nazirliyi Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi vəzifəsinin icrası nazirin digər müşaviri - Ələkbər Məmmədova tapşırılıb. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et