Vergilər naziri “MasterCard” şirkətinə irad bildirib | Banco.az

Vergilər naziri “MasterCard” şirkətinə irad bildirib

Vergilər naziri Fazil Məmmədov “MasterCard” ödəniş sistemini xidmət haqlarını azaltmağa çağırıb.

Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham-Azerbaijan”) və Vergilər Nazirliyinin birgə təşkil etdiyi “Şəffaflığa doğru birlikdə” mövzusunda keçirilən vergi konfransında nazir adıçəkilən şirkətin nümayəndəsinin vergi yükünün çox olması ilə bağlı iradına cavab olaraq qeyd edib ki, “MasterCard”ın bəzi xidmətlərə tətbiq etdiyi faiz dərəcələri bəzi vergi dərəcələrindən yüksəkdir. 

Ən sərfəli kredit üçün müraciət et

“Bu şikrət iddia edir ki, vergi dərəcələri yüksəkdir, vergi yükü çoxdur. Lakin heç kəsə sirr deyil ki, “MasterCard”ın bəzi xidmətlərə tətbiq etdiyi faiz dərəcələri vergi dərəcələrindən yüksəkdir. Məsələyə ədalətli yanaşmaq lazımdır”.

Mənbə: Apa.az