Bu ilin yanvar-oktyabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 707,128 mln. manat vəsait daxil olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 263,119 mln. manat və yaxud 4,41% azdır.
Qurumun analitik-informasiya şöbəsindən verilən məlumata görə, müvafiq 10 aylıq proqnoz tapşırığına 100,1% əməl edilib.
Qeyri-neft sektoru üzrə büdcəyə 4 310,845 mln. manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 247,478 mln. manat və ya 6,09% çoxdur.
Cari ilin yanvar-oktyabr aylarında ölkədə 105 605 vergi ödəyicisi qeydiyyata alınıb.
Mənbə: Report.az