Vergi və dövlət rüsumları necə köçürülməlidir? | Banco.az

Vergi və dövlət rüsumları necə köçürülməlidir?

Noyabrın 20-si gəlir vergisi (xüsusi notariuslar, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə), mədən, əlavə dəyər vergisi, eləcə də aksizlər üzrə aylıq ödənişlər üçün müəyyən edilmiş son tarixdir. Vergi ödəyiciləri həmin tarixədək son bir ayda həyata keçirdikləri əməliyyatlara görə hesablanan vergiləri müvafiq hesablara köçürməlidirlər. Bəs həmin vergilər, eləcə də dövlət rüsumları, sosial ödəmələr necə köçürülməldir?

Qanunvericiliyin tələbinə uyğun olaraq, hər bir şəhər və rayon üzrə vergi və digər daxilolmalar, o cümlədən maliyyə sanksiyaları, faizlər büdcəyə yalnız müvafiq hesablar vasitəsilə köçürülür. Həmin hesabları Vergilər Nazirliyi bütün vergi ödəyiciləri üçün əlçatan edib. Dövlət xəzinədarlığı orqanlarında vergi və digər büdcə ödənişləri köçürülən hesablar, işsizlikdən sığorta ayırmaları və məcburi dövlət sosial sığorta ayırmaları köçürüləcək hesablar Nazirliyin rəsmi saytında ayrıca bölmələrdə yerləşdirilib. Eyni zamanda burada dövlət xəzinədarlığı orqanlarında vergi və digər büdcə ödənişləri köçürüləcək hesablar üzrə axtarış sistemi də yaradılıb. Həmin sistemə daxil olan vergi ödəyiciləri VÖEN nömrələrini müvafiq xanaya daxil etməklə onlara lazım olan hesabları tapa bilərlər. Elektron xidmət vasitəsilə büdcə təsnifatı ödənişlərinin kodları, eləcə də büdcə səviyyəsinin kodlarıni əldə etmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Saytda həmçinin, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin xarici valyutada bank rekvizitləri də yer alıb. ƏDV depozit hesabı da açıqlanıb:

Vahid ƏDV Depozit Hesabının rekvizitləri:

Ad: Dövlət Xəzinədarlıq Agentliyi (ƏDV)
Kod: 210027
VÖEN: 1401555071
Müxbir hesab: AZ07NABZ01360100000000004944
SWIFT BİK: CTREAZ24
Hesab N– AZ48CTRE00000000000000014001

Qeyd edək ki, dövlət xəzinədarlığı orqanlarında vergi və digər büdcə ödənişləri köçürülən hesablar, işsizlikdən sığorta ayırmaları və məcburi dövlət sosial sığorta ayırmaları köçürüləcək hesablar, eləcə də digər məlumatlarla bu linkdən ətraflı tanış ola bilərsiz.

https://www.taxes.gov.az/

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç