Vergi orqanlarının banklarla məlumat mübadiləsi genişləndirilir | Banco.az

Vergi orqanlarının banklarla məlumat mübadiləsi genişləndirilir

Vergi nəzarətinin icra edilməsində vergi orqanlarının ölkədə fəaliyyət göstərən banklarla məlumat mübadiləsi mühüm bir rol oynayır. 2008-ci ildə bu mübadilənin elektron şəkildə icra edilməsi çərçivəsində mühüm addımlar atılıb, Vergilər Nazirliyi və banklar arasında Kollektiv Saziş imzalanıb.

Bu Sazişə uyğun olaraq vergi orqanları və banklar arasında vergi ödəyiclərinə bankda hesab açmaq üçün verilən şəhadətnamə-dublikatların göndərilməsinə, eləcə də vergi ödəyicilərinin hesablarına qoyulan sərəncamların elektron formada banklara göndərilməsinə start verilib.

Maliyyə üzrə mütəxəssis Vüqar Mirheydərov bildirib ki, Kollektiv Saziş imzalanandan qabaq bu sənədlər poçt vasitəsilə banklara göndərilirdi ki, bu da sərəncamların icrasında müəyyən gecikmələrə səbəb olurdu. Artıq bu problem keçmişdə qalıb: "Sərəncamın banka çatdırılması bir neçə dəqiqəyə yerinə yetirilir, həmçinin də sərəncamın icra olunması barədə məlumat vergi orqanlarına dərhal çatdırılır ki, bu da vergi ödəyicisinin digər hesablarından eyni məbləğin silinməsinin qarşısını alır.

2019-cu ildə Vergi Məcəlləsinə edilmiş dəyişiklərə əsasən, əlavə dəyər vergisinin (ƏDV) əvəzləşdirmə qaydası kimi kassa metodunun qəbul edilməsi vergi orqanları ilə bankların məlumat mübadiləsi məsələsində yeni bir səhifə açdı. Vergi Məcəlləsinin 76.1-1 maddəsində təsbit olunmuş bu dəyişiklik ƏDV əməliyyatlarına nəzarətin icrası üçün banklar tərəfindən ƏDV qeydiyyatında olan müştərilərinin aylıq əməliyyatları barədə məlumatları ay bitdikdən sonra 10 gün ərzində vergi orqanlarına təqdim etmək vəzifəsini müəyyənləşdirib. Artıq bu prosesin yerinə yetirilməsi üçün lazımı hazırlıq işləri, demək olar ki, tamamlanıb və yaxın gələcəkdə məlumat mübadiləsi də icra olunmağa başlayacaq".

Ən sərfəli kredit üçün müraciət et

vergiler.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et