Vergi ödəyicilərinin siyahıya alınmış əmlakını vergi orqanları satacaq | Banco.az

Vergi ödəyicilərinin siyahıya alınmış əmlakını vergi orqanları satacaq

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, Azərbaycanda vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, digər daşınmaz əmlakının və dəyəri 5 000 manatdan çox olan daşınar əmlakının müvafiq qurum vasitəsilə, dəyəri 5 000 manatdan çox olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırılması və məhkəmə qərarları üzrə həmin əmlakların satışının qanunvericiliyə uyğun olaraq təşkili vergi orqanlarının hüquqlarına aid edilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilir.

Məlumatda deyilir ki, mövcud təcrübədə borclu vergi ödəyicilərinin siyahıya alınmış əmlakını icra məmurları satır. Dövlətin fiskal siyasətini həyata keçirən qurum kimi borcların ödənilməsi vergi orqanları üçün prioritet məsələdir.

Ödənilməyən borclar dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılmasında nəzərə alınır. Bu baxımdan vergi borcu ilə bağlı siyahıya alınmış əmlakın satışının daha səmərəli təşkilinə zərurət yaranıb. Həmin səbəbdən daşınar və daşınmaz əmlakların satılması barədə məhkəmə qərarları üzrə həmin əmlakların satışının təşkili vergi orqanlarının səlahiyyətlərinə aid edilir. Eyni zamanda, dəyəri 5.000 manatdan çox olmayan əmlaklar əksər hallarda ərzaq (qida) və tez köhnələn məhsullardır. Bu zaman satışın daha çevik təşkili məqsədilə vergi orqanları tərəfindən ticarət şəbəkələri ilə müvafiq müqavilə bağlanılaraq həmin məhsulların operativ şəkildə satılması və borcun ödənilməsi təmin ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunan dəyişikliklər vergi borclarının yığılmasının effektivliyinin artırılmasına və nəzarət mexanizmlərinin gücləndirilməsinə xidmət edir.

report.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et