Vergi ödəyiciləri tərəfindən hansı mallar nağd qaydada alına bilər? | Banco.az

Vergi ödəyiciləri tərəfindən hansı mallar nağd qaydada alına bilər?

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər:

- kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;

- əlvan və qara metal qırıntılarının qəbulu;

- utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;

- utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu;

- xam dərinin tədarükü (alışı).

Bu hallar “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsi ilə tənzimlənir.

Ən sərfəli kredit üçün müraciət et

vergiler.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et