Vergilər Nazirliyi "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında " Azərbaycan Respublikasının Qanununun icrası ilə əlaqədar vergi borclarının silinməsi Qaydası ilə yanvar-fevral ayı üçün bir sıra güzəştlər nəzərdə tutub.
Banco.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, 2017-ci ilin fevral ayında vergi ödəyiciləri əsas vergi borcunun tam hissəsini ödədikdə gecikmələr üzrə faiz borcları qeyd-şərtsiz olaraq tam silinəcəkdir.
Həmçinin maliyyə sanksiyaları üzrə Vergi Məcəlləsinin 58.7-ci maddəsi ilə tətbiq edilmiş maliyyə sanksiyaları tam olaraq silinəcək və digər maliyyə sanksiyaları üzrə isə 2017-ci ilin yanvar-fevral ayları ərzində maliyyə sanksiyalarının 50%-i ödənilərsə, ödənilməmiş 50%-i müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinəcəkdir.
Qeyd edək ki, cari ildə vergi güzəştləri yanvar-mart ayları üçün də nəzərdə tutulub.