Vergilər Nazirliyi "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında " Azərbaycan Respublikasının Qanununun icrası ilə əlaqədar vergi borclarının silinməsi Qaydası ilə yanvar ayı üçün bir sıra güzəştlər nəzərdə tutub.
Banco.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, 2017-ci ilin yanvar ayında vergi ödəyiciləri əsas vergi borcunun tam hissəsini ödədikdə gecikmələr üzrə faiz borcları qeyd-şərtsiz olaraq tam silinəcəkdir.
Həmçinin maliyyə sanksiyaları üzrə Vergi Məcəlləsinin 58.7-ci maddəsi ilə tətbiq edilmiş maliyyə sanksiyaları tam olaraq silinəcək və digər maliyyə sanksiyaları üzrə isə 2017-ci ilin yanvar ayında borcun 30%-i ödənilərsə, 70%-i silinəcəkdir.
Qeyd edək ki, cari ildə vergi güzəştləri yanvar-fevral, yanvar-mart ayları üçün də nəzərdə tutulub.