Vergi güzəştləri sığorta sisteminə necə təsir göstərəcək? | Banco.az

Vergi güzəştləri sığorta sisteminə necə təsir göstərəcək?

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər ictimaiyyət arasında rəğbətlə qarşılanıb. Sığorta mütəxəssisi İlkin İbrahimov bu dəyişikliklərin sığorta sisteminə müsbət təsir göstərəcəyini vurğulayıb.

Dəyişikliyə əsasən, sahibkarların bir sıra vergiləri ödəməkdən azad edilməsi, bəzi sahibkarlara tətillərin verilməsi nəticəsində bu ilin sonuna qədər onlar öz vəsaitlərinə müəyyən qədər qənaət edə və həmin məbləğləri digər sahələrə yönəldə biləcəklər.

Vergi rejiminin yumşaldılması sahibkarları digər alətlərə üz tutmağa sövq edir. Vergi məbləğlərinin azaldılması sahibkarların sığortaya marağını artıra bilər.

Əvvəllər bəzi sahibkarlar vergi yükünü və digər problemləri əsas gətirərək sığortadan yayınmağa çalışırdılar. Dəyişiklikdən sonra sahibkarlar qənaət etdikləri vəsaitləri əmlaklarının sığortasına yönəltmək barədə düşünə biləcəklər. Bununla da gələcəkdə sahibkarların üzləşdikləri risk faktorları əsaslı şəkildə azalacaq. Bu baxımdan, hesab edirəm ki, sığorta ilə bağlı ictimaiyyət arasında maarifləndirici və məlumatlandırıcı müzakirələrin aparılmasına ehtiyac var.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et