Vergi əməkdaşlarına pensiya təyin edilməsi qaydası dəyişib | Banco.az

Vergi əməkdaşlarına pensiya təyin edilməsi qaydası dəyişib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin kiçik, baş və ali rəis heyəti vəzifələrində xidməti vəzifəyə təyin olunma günündən uzun müddət xidmət hesab ediləcək.

Bu, Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” qərara etdiyi dəyişiklikdə əksini tapıb.

Həmin şəxslərə pensiya təyin edilməsi də uzun müddət xidmət prinsipi əsasında aparılacaq.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram