Ötən il ərzində Azərbaycanda vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 7 015 165,4 min manat vəsait ödənilib və Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş illik tapşırıq tam həcmdə yerinə yetirilib. Bu barədə Nazirliyin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Məlumata görə, bu, 2015-ci illə müqayisədə 103 031,3 min manat yaxud 1,45% azdır.
Hesabat dövrü ərzində ölkə üzrə 145 874 yeni vergi ödəyicisi qeydiyyata alınıb.
Mənbə: Report.az