Verge nədir? Haradan almaq olar? | Banco.az

Verge nədir? Haradan almaq olar?

Gündəlik həyatda rahat istifadə edilə biləcək kriptovalyuta olan Verge (XVG) orijinal Bitcoin blockchain-ini inkişaf etdirərək tez, effektiv və mərkəzsiz şəkildə reallaşdırmalarına imkan yaradır.

Dünyanın hər yerindən olan istifadəçiləri Blockchain texnologiyasının üstünlükləri ilə qarşılaşdıraraq onlara keyfiyyətli xidmətlər göstərməyi hədəfləyən Verge ilə sürətli, təhlükəsiz və məxfi kriptovalyuta əməliyyatları etmək mümkündür. Verge həmçinin müəssisələrə və fərdi istifadəçilərə çevik ödəniş xidmətləri təqdim edir.

Verge fəaliyyətə 2014-cü ildə “DogeCoinDark” adı altında başlayıb. Daha sonra 2016-cı ildə “Verge”-yə çevrilərək kriptovalyuta istifadəçilərinə imzasız və təhlükəsiz əməliyyatlar təklif edir.

İstifadəçilərin məxfi əməliyyatlar edə bilmələrinə imkan yaradan Verge TOR və I2P kimi bir çox imzasızlığa əsaslanan şəbəkələrdən istifadə edir. Buna görə, istifadəçilərin IP ünvanları tamamilə gizlidir.

Digər tərəfdən, Verge, “Wraith protokolu” adı verilən texnologiyadan faydalanır. Bu texnologiya istifadəçilərin eyni blockchain-də ictimai və ya xüsusi əməliyyatlar etmələrinə şərait yaradır. İstifadəçilər həyata keçirdikləri əməliyyatların gizliliyinə qərar verə bilirlər. Bu xüsusiyyətinə görə Verge digər kriptovalyutalardan fərqlənir.

Harada almaq olar?

Verge son olaraq ən böyük kriptovalyuta birjalarından biri olan “Bitfinex”-də əməliyyat görməyə başlayıb. Onu həmçinin “Binance” kimi digər böyük birjalardan ala bilərsiniz.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Ən sərfəli kredit üçün müraciət et

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et