Venesuelanın neft hasilatı hücumlar nəticəsində azalıb | Banco.az

Venesuelanın neft hasilatı hücumlar nəticəsində azalıb

Venesuelanın neft naziri Manuel Quevedo, ölkənin enerji obyektlərinə təşkil edilən hücumlar səbəbindən neft məhsullarının gündəlik 1 milyon bareldən aşağı düşdüyünü bildirib.

Quevedo, Rusiyanın paytaxtı Moskvada Rusiya Enerji Həftəsi çərçivəsində təşkil olunan "Qeyri-sabit Bir Dünyada Enerji Asılılığını Qorumaq" adlı sessiyada çıxış edib.

Venesueladakı enerji obyektlərinə müxtəlif hücumlar təşkil edildiyini xatırladan Quevedo, "Bu hücumlar neft hasilatımıza zərər verməyə yönəlmişdi", -ifadəsini istifadə edib.

Ən sərfəli kredit üçün müraciət et

Quevedo, istehsalı yenidən əvvəlki səviyyəsinə qaldırmaq üçün işlərə davam etdiklərini qeyd edərək, "Yeni planımız hasilatı yenidən 1 milyon barrel səviyyəsinə çatdırmaqdır",- deyib.

Venesuela, təxminən 303 milyard 200 milyon barel sübut olunmuş neft ehtiyatı dünyanın ən çox neft ehtiyatına malik ölkəsidir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et