Venesuela dollardan imtina edib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Venesuela dollardan imtina edib

ABŞ-ın Venesuelaya qarşı sanksiyalar tətbiq etməsindən sonra bu ölkə valyuta bazarında dollar satmaqdan imtina edib.

Bu barədə ölkənin vitse-prezidenti Tarek Əl-Aysami bildirib.

Onun sözlərinə görə, məhdudlaşdırıcı tədbirlər Venesuelanın valyuta bazarında ABŞ dolları ilə ticarətin davam etdirilməsinin qarşısını alır. Vitse-prizedent indi avrodan istifadə ediləcəyini söyləyib.

Xatırladaq ki, rəsmi Vaşinqtonun Venesuelaya qarşı sanksiyalar tətbiq etmək qərarı Nikolas Maduronun qalib gəldiyi prezident seçkilərindən sonra verilib. Ağ ev bu seçkilərin nəticələrini tanımaqdan imtina edib.

Report.az