Venesuela ABŞ-ın neft nəhəngi ilə əməkdaşlığa başlayıb | Banco.az

Venesuela ABŞ-ın neft nəhəngi ilə əməkdaşlığa başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Venesuela ABŞ-ın neft nəhəngi “Chevron” ilə müqavilə imzalayıb.

Banco.az xəbər verir ki, Venesuela hökuməti ABŞ sanksiyalarının yumşaldılması qərarından sonra neft nəhəngi “Chevron” ilə Venesuela neftinin çıxarılması üçün müqavilə imzaladığı açıqlayıb.

Bu barədə Venesuelanın neft naziri Tarek El Aissami rəsmi “Twitter” hesabında yazıb.

Oktyabr ayında ölkənin gündəlik 717 min barel neft hasil etdiyini xatırladan Aissami bunun hökumət hədəflərindən çox aşağı olduğunu və razılaşmadan sonra ilin sonuna qədər gündəlik 2 milyon barel neftə çatmaq istədiklərini bildirib.

Xatırladaq ki, Amerikanın 27 noyabr tarixinə olan bəyanatına görə, tərəflərin razılığını dəstəkləmək üçün Venesuela neftinə sanksiyaların yumşaldılması qərarlaşdırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et