Veksellər müəyyən borc öhdəliklərini əks etdirən orderli qiymətli kağızlardır.
Veksel qanunvericilikdə təsdiq olunmuş formada dəqiq tərtib olunur. Öhdəliyin vaxtı bitdikdən sonra veksel sahibi vekseldə göstərilmiş məbləği vekselverəndən, borcludan və ya veksel məbləğini ödəməyi üzərinə götürən şəxsdən həmin məbləği şərtsiz tələb etmək hüququna sahibdir.
Veksel yazılı borc öhdəliyini əks etdirən qiymətli kağızdır.
Vekselin novləri aşağıdakılardır:
- Sadə və Köçürmə
- Təminatı üzrə
- Müddətlər üzrə
- Diskontların dinamikası üzrə
Veksel verən veksel vasitəsilə müəyyən şəxsə müəyyən məbləğ ödəmək barəsində başqa şəxsə (ödəyiciyə) göstəriş verirsə bu köçürmə vekseli, hər hansı müəyyən şəxsə və ya bu şəxsin sərəncamına müəyyən məbləğ ödəməyi öhdəsinə götürürsə bu sadə vekseldir.
Sadə vekselin fərqləndirici cəhəti odur ki, onu həmişə məhz borc alan tərtib edir. Veksel sahibi onu öz ortaqları ilə hesablaşmalarda istifadə edir və belədə öz borcunu vekselverənə (vekselyazana) ötürür. Sadə vekselin üzərində yalnız borcalanın imzası olduğundan ona solo veksel də deyilir.
Vekseller verilmə müddətlərinə görə iki yerə ayrılır:
- Müddətli
- Müddətsiz
Azərbaycan Respublikasının rezidenti olan və veksel buraxan müəsissə və təşkilatlar veksel verə bilərlər.