Veb tərtibatçı karyerasında ilk addımlar | Banco.az

Veb tərtibatçı karyerasında ilk addımlar

Siz veb tərtibatçı olmaq istəyirsiniz? Əslində  siz öz arzunuzda tamamilə haqlısınız, çox gözəl seçim edirsiniz. Sizin kodlaşdırmaya həsr edilmiş hansısa Facebook qrup və ya onlayn cəmiyyətdə üz olmanız da tamamilə mümkündür.  Bu da çox doğrudur, çünki bu kimi qrup və onlayn cəmiyyət seçilən peşəyə başlanğıc və dəstək axtarışı üçün gözəl yer   hesab olunur . 

Bu sahədə yeni olanlara veb proqramlaşdırmanın öyrənilməsinin nədən başlanmasını bilmək maraqlı olar. Artıq Google-da dillər və freymvorklər (framework) haqqında çoxlu sayda informasiya, həmçinin müxtəlif öyrənmə resursları mövcuddur. Yeni başlayanlar bütün bunların içində ola bilsin ki, özünü itirsin. Ancaq  narahat olmağına dəyməz, çünki Google-dan düzgün istifadə edilsə bu servis  çoxlu məlumatları ilə sizin karyera başlanğıcınzda dostunuz ola bilər.

Sondan başlayırıq

Veb proqramlaşdırmanın öyrənilməsində ilk tövsiyə – özünüz üçün son məqsədinizi dəqiq şəkildə formalaşdırın və hər zaman onu xatırlayın.

Ola bilsin ki, siz öz peşənizi dəyişmək məqsədilə veb proqramaşdırmaya gəlmisiniz. Ya da ki, proqram yaratmaq üçün maraqlı bir fikriniz var. Ya da ola bilsin ki, sizin məqsədiniz sadəcə olaraq öyrənməkdir, çünki  öyrənmə prosesi maraqlıdır.

Hədəfiniz nə olursa olsun, veb proqramlaşdırma məhz nəyə görə gəldiyinizi dəqiq anlamanız çox vacibdir. Bu anlayış təlimi daha səmərəli etməyə imkan verir, başladığınız işi yarımçıq qoymağa imkan vermir.  

Ən əsas qaydalardan biri – yolun başlanğıcında sizin məqsədiniz nə qədər çətin və əlçatmaz görünsə də, əlbəttə ki, çox-çox çalışsanız onu əldə etmək də realdır. Əgər hal-hazırda sizin ciddi bir təcrübəniz yoxdursa, o zaman sizin üçün nəyin daha maraqlı olacağına qərar vermək vacibdir:  back end yoxsa front end.  Əlbəttə ki, onların nə ilə fərqləndiyini də anlamaq lazımdır.

Front end – daha sonra saytın səhifəsində son istifadəçinin görmüş olacağı ilə  işləyir. Bu əslində səhifənin dizaynı, həmçinin bütün istifadəçi interfeysini formalaşdıran vizual effektlər,  obrazlar və sxemlərdir.

Front end developer olaraq əsasən yaxşı dizayn bacarıqlarına sahib olan və istifadəçiyə aydın olan rahat məhsulu yaratmağa can atan vizual olaraq kreativ insanları seçirlər. Front end ilə bağlı olan texnologiyalar:

  • CSS
  • HTML
  • jQuery
  • JavaScript

Back end isə əksinə olaraq istifadəçiyə görünməyən hissədir. O birbaşa məlumatlarla işləyir, təkmilləşdirir və onları qoruyub saxlayır.  Onu proqramın və ya resursun “içi” də adlandırmaq olar. Back end  developerlər qarşılarına qoyulan vəzifəni çox gözəl yerinə yetirməklə fərqlənirlər.

Onlar daha az yaradıcıdılar, ancaq məntiqi düşünürlər, internet səhifə və tətbiqatların daxili işi ilə maraqlanmağa çalışırlar. Back edn proqramlaşdırma Python, PHP və Ruby kimi dillər ilə əlaqəlidir.

Buna görə də, gələcəkdə sizin üçün hansının daha maraqlı və rahat olacağına dair qərar verməlisiniz. Bu və ya digər halda da, sizə maraqlı olub olmamasından asılı olmayaraq proqramlaşdırmanın öyrənilməsini  CSS və HTML əsasında başlamaq daha yaxşıdır. Çünki nəticə olaraq proqramlaşdırmanın hansı sahəsini seçmənizdən asılı olmayaraq istər-istəməz veb səhifələrlə işləməniz  lazım olacaq.

Veb proqramlaşdırmaya doğru yol başladı….

İndi isə təcrübə keçmək zamanıdır… Əgər siz bütün gün işləyirsinizsə, eyni zamanda uşaq və ailənin qayğısına qalırsınızsa və ya paralel olaraq oxuyursunuza bu sizin üçün kifayət qədər çətin görünəcəkdir.  Amma müvəffəqiyyətin açarının daimilik olduğunu xatırlamaq lazımdır. Hər həftənin şənbə günü yeddi saatınızı kod yazmağa sərf etməkdənsə hər gün bir saat işləsəz daha çox şey öyrənmiş olarsınız. 

İnsanlar vərdiş edən varlıqlardır. Ona görə də gündəlik proseslərinin də bir hissəsini kodlaşdırmalıdırlar.  .

Ən sərfəli kredit üçün müraciət et

Kodun öyrənilməsi özlüyündə dünyada ən güclü insan olmağa çalışma cəhdini xatırladır. Başlanğıcda bu çox çətindir və yerinə yetirilməsi imkansız olan tapşırıq kimi görünür. Ancaq zaman keçdikcə siz sürətlə hərəkət edərək daha çox öyrənmiş olacaqsınız.  

Təlim metodlarını hər bir kəs özü seçir. Bəzi insanlar üçün video dərslərlə öyrənmək daha maraqlıdır, buna görə də YouTube və digər analoji resurslar üzrə təlim məzmununu axtarmaq lazımdır.  Əslində eyni zamanda bir neçə ödənişli kursları almaq lazım deyil. Əgər siz veb proqramlaşdırmanı öyrənməyə başlayırsınızsa, onda müxtəlif öyrənmə resurslarına ciddi pul xərcləməyə ehtiyac yoxdur, çünki başlanğıcda hələ nəyi öyrənməli olacağını tam olaraq bilmirsiniz. Başlanğıc üçün bir istiqaməti seçməniz tövsiyə olunur.  

Veb proqramlaşdırma birliklərinin istənilən bütün istiqamətlərinin çox vacib və yaxşı xüsusiyyəti ondan  ibarətdir ki, bu birliklər heç bir şəkildə onların bilik səviyyəsində ayrı-seçkilik etmirlər. Birliyə daxil olmaq üçün  heç bir maneə yoxdur, birliyin bir çox təcrübəli üzvləri sizə yardım etmək üçün vaxt sərf etməyə hazırdır.

Özünüzün nəsə yaratmanız üçün HTML və ya CSS baxımından əsl ekspert olmanıza ehtiyac yoxdur. Praktikaya başlamaq və server tərəfində proqramlaşdırma dilini öyrənmək üçün bu tələb olunmur. Aylarla dərsliklərin öyrənilməsinə vaxt sərf etməyə də ehtiyac yoxdur.  

Kodlaşdırma üzrə təlim vəsaitlərində ilişib qalmamaq çox vacibdir. Çünki sizdə təməl varsa, təcrübə əsnasında da öyrənmək mümkündür.

Şablonlar sizin düşməniniz deyil.  

Şablonlarla işləmək çox faydalıdır. Kod redaktoru ilə işlədikdən sonra bir neçə həftə ərzində, həm ödənişli, həm də pulsuz şablonlara əsaslanan peşəkar görünüşlü veb saytlar hazırlaya bilərsiniz.

Hətta yeni başlayanlar da qısa bir müddət sonra böyük layihələr yaratmağa imkan verən yaxşı formatlanmış, yaxşı qurulmuş bir kodla işləyə bilərlər. Təbii ki, bu da öz güclərinə olan inamı və veb proqramlaşdırmanın öyrənilməsinə  olan həvəsi xeyli dərəcə artırır.

Həmçinin bu təcrübə hər bir veb developer üçün vacib bacarıq olan sənədlərin oxunmasını öyrədir, jQuery  texnologiyasının xüsusiyyətləri ilə tanış edir və  JavaScript texnologiyası ilə işləmə imkanı təmin edir. Bugünkü gün bir çox dizayner agentlikləri və İT şirkətləri işdə daima şablonlardan istifadə edirlər. Düzdür, şablonlar üzərindən unikal və möhtəşəm internet sayt qurmaq olmaz. Lakin onlar yaxşı bir təməli təmin edə bilərlər. 

Bir çox İT şirkətlər front end şablonları öz məhsullarına tətbiq edirlər. Bunun sayəsində yaradılacaq məhsulların funksionallığına diqqət çəkmək mümkündür, özünüzdən Amerika kəşf etməyə ehtiyac yoxdur.

Kim gözəl bir front end developer olmağı arzu edirsə, nəzəriyyəni öyrənmək üçün müəyyən zaman sərf etməlidir.   Ancaq özünüzü dərsliklərin öyrənilməsinə həsr edərək bağlamağa ehtiyac yoxdur.   Mümkün qədər tez kod yazmağa başlamaq lazımdır.

Xülasə

Düşünmək lazımdır ki, sizin üçün front endin fərqləndiyi vizual cazibədarlıq daha maraqlıdır yoxsa back endin xüsusiyyəti olan  dəqiq məntiq maraqlıdır.

Proqramlaşdırmanı CSS və HTML əsasında öyrənməyə başlamaq lazımdır. Onlar seçdiyiniz istiqamətlərin hər birində sizə lazım olacaq.  

Hazır qərarlar tətbiq etməyə utanmaq lazım deyil.  Bu təlim prosesini sürətləndirir  və şəxsi layihələrin yaradılması üçün verilənlər bazası əldə etməyə imkan verir.

Sistemli olmaq lazımdır. Həftəfə bir dəfə 7 saat  əvəzinə, gündəlik bir saat kodlaşdırmaya ayırın. Dərsliklərə bağlı qalmaq lazım deyil, nəzəriyyə təcrübə ilə birləşdirilməlidir. 

itstep.az