Vaxtında geri qaytarılmayan kreditlərin məbləği AÇIQLANDI | Banco.az

Vaxtında geri qaytarılmayan kreditlərin məbləği AÇIQLANDI

Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları tərəfindən 15 milyard 298,2 milyon manat kredit verilib.

Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, ötən ilin əvvəli ilə müqayisədə verilən kreditlərin həcmi 17,5% və ya 2 milyard 277,9 milyon manat artıb

​Ötən ilin əvvəlindən ötən 12 ay ərzində isə ödəniş müddəti keçmiş kreditlərin, yəni problemli kreditlərin həcmi 311,9 milyon manat və ya 19,7% azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Onu da bildirək ki, ötən ilin əvvəlinə vaxtı keçmiş kreditlər ümumi kredit portfelində 12,2% paya malik olsa da, bu ilin əvvəlində 8,3%-ə düşüb. 
Məlumat üçün qeyd edək ki, ötən ilin fevralında Prezident İlham Əliyev problemli kreditlərin həlli ilə bağlı fərman verib. Problemli kreditlərin restrukturizasiya prosesinə ötən ilin aprel ayından başlanılıb və  31 dekabr 2019-cu il tarixində başa çatıb.

Yeniavaz

Ən sərfəli krediti almaq üçün müraciət et