Vaxtı keçmiş kreditlər: son 5 il | Banco.az

Vaxtı keçmiş kreditlər: son 5 il

Son 5 ildə vaxtı keçmiş kreditlər 98% artıb. Bu haqda Banco.az Mərkəzi Bankın rəsmi statistikasına istinad edərək yazır.

2014-cü ilin yekunlarına əsasən son 5 il ərzində ölkədə iqtisadiyyata kredit qoyuluşunun cəmi həcmi demək olar ki, iki dəfə artıb. Əgər 2010-ci ildə iqtisadiyyata kredit qoyuluşu 9163,4 mln manat idisə, 2014-cü ildə bu rəqəm 18542,6 mln manat olmuşdur. Ötən ilin noyabr ayı (18151,9 mln) ilə müqayisədə isə kredit qoyuluşunda artım 2,1% olub.

Bununla yanaşı bankların vaxtı keçmiş kreditlərinin həcmi də artım. Son 5 ildə vaxtı keçmiş kreditlərin həcmi 98% artaraq, 492,9 mln-dan 976,3 mln-a yüksəlib. 2014-cü ilin noyabr ayı ilə müqayisədə isə vaxtı keçmiş kreditllərin həcmi 18% azalıb. Belə ki, noyabrda vaxtı keçmiş kreditlərin həcmi 981,5 mln-a çatmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Artım dinamikası ilə aşağıdakı qrafikdə daha ətraflı tanış ola bilərsiniz.