Vaşinqtonda “Əsrin müqaviləsi”nin 25 illiyi qeyd ediləcək | Banco.az

Vaşinqtonda “Əsrin müqaviləsi”nin 25 illiyi qeyd ediləcək

Xəzər Siyasət Mərkəzindən (Caspian Policy Center) verilən məlumata görə 21 noyabr Vaşinqtonda “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək. Mərkəzin təşkilatçısı olduğu tədbir ABŞ, Azərbaycan və digər Xəzər regionu ölkələrinin dövlət rəsmilərini və biznes dairələrini bir araya toplayacaq.

Yubiley Azərbaycanın energetika Naziri Pərviz Şahbazov, SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, ABŞ-ın enerji nazirinin birinci muavini Mark Menezes, ABŞ-ın enerji resursları üzrə dövlət katibinin muavini Fransis Fannon və digər yüksək səviyəli rəsmi nümayəndələrin çıxış edəcəkləri iki panel və qala gecəsindən ibarət olacaq. Qala zamanı bir neçə iştirakçıya mükafatlar da təqdim ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

Çıxışlarda “Əsrin müqaviləsi” nin Azərbaycanın iqtisadi yüksəlişindəki və Xəzər regionunun dünyanın digər regionları ilə iqtisadi əlaqələrinin gücləndirilməsindəki əvəzsiz rolu, bugünədək bölgədə enerji təhlükəsizliyinin təmin edilməsi, keçən müddət ərzində əldə olunan təcrübələr, gələcəkdə regionun neft və qaz sektorundakı perspektivləri və imkanları müzakirə olunacaq.

Xatıraldaq ki, “Əsrin müqaviləsi” - 1994-cü ilin sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilədir.

Ən sərfəli krediti almaq üçün müraciət et