Varlıların ən sevimli 10 hobbisi | Banco.az

Varlıların ən sevimli 10 hobbisi

Asudə vaxtlarımızda ya dincəlmək və enerji yığmaq üçün, ya da əylənmək və yeni şeylər öyrənmək üçün müxtəlif fəaliyyətlər və hobbilərlə məşğul oluruq. Təbii ki, hər kəsin hobbisi və maraq dairəsi fərqlidir, buna müvafiq olaraq həmin hobbilərə çəkilən xərclər də eyni deyildir. Xüsusilə də tanınmış və varlı insanlardan söhbət gedirsə, hobbilərdə də çeşidlilik artır.

Bugünkü məqaləmizdə zəngin və məşhur insanların asudə vaxtlarında məşğul olduqları 10 bahalı hobbini sizə təqdim edirik.

1. Xizək

Man in Red Jacket Playing Ice Skates during Day Time

Qış idman növlərindən olan xizək əsrlərdir insanlara məlumdur. İxtira edildiyi ilk vaxtlarda təkcə nəqliyyat vasitəsi kimi istifadə edilirdi. Üç əsr əvvəl isə artıq idman növü kimi tanınmağa başladı və hazırki populyarlığına qovuşdu. Bu gün bir çox insanın, xüsusilə də varlı və məşhur insanların ən sevdikləri hobbilərdən biridir. Milyonçuların əksəriyyəti qış aylarını dağda xizək sürərək keçirir. Bəzilərinin isə şəxsi xizək mərkəzləri belə var.

2. Qolf

Two Women Playing Golf

İdman həvəskarları üçün əslində qolf olduqca sıxıcı bir idman növüdür. Varlılar isə bunun əksini düşünürlər. Bəlkə də qolf xüsusilə varlıların və məşhurların sevdikləri bir fəaliyyətdir. Əfsanəvi aktyor Klint İstvud-dan (Clint Eastwood) Donald Trampa qədər bir çox məşhur insan üçün özəl qolf klublarının minlərlər dollar dəyərindəki abunə haqqını ödəmək yəqin ki, çətin deyil. Bu idman növünün bahalılığı təkcə abunəlik haqqı ilə də məhdudlaşmır, ləvazimatlar da olduqca bahalıdır. Bəzi varlı insanlar dünyadakı ən yaxşı qolf meydançalarını gəzməyi və sadəcə günortadan sonra oynamaq üçün kilometrlərlə yol qət etməyi çox sevirlər.

3. Polo

Group of Men Riding Horses About to Play Polo Sport

Alicənabların idmanı olaraq tanınan polo əsrlərdir ki, kral ailələrinin göz bəbəyidir. Zəngin və məşhur insanların oynadığı ənənəvi və siyahının da ən bahalı fəaliyyətlərindən biridir. Onu da qeyd edək ki, polo oynaya bilmək üçün bacarıqlı olmaq da şərtdir.

4. Ovçuluq

Bu fəaliyyətlə əksər insanlar məşğul olsa da, ovçuluq qədim zamanlardan bəri güclü və varlı insanların xüsusilə sevdikləri bir hobbidir. Yaşadığınız ölkəyə görə silah sahibi olmağın xərci müxtəlif ola bilər. Bahalı olmasının əsas səbəblərinə həmçinin müvafiq vergilər və səfər xərcləri də daxildir.

5. Yelkən

Sailboat Sailing on Water Near Island

Növbəti bahalı hobbilərdən biri də yelkənli idman növüdür. Bu fəaliyyətlə məşğul olmaq üçün kiçik qayıq icarəyə götürmək belə olduqca bahalıdır. Odur ki, sözügedən idman növü ilə hobbi kimi məşğul olmq tamamilə varlı və tanınmış insanlara xas olan xüsusiyyətdir.

6. Yarış avtomobili

Black and White Nascar Car

Yüksək adrenalin həvəskarı və maddi baxımdan buna imkanı olan insanlar üçün şəxsi yarış avtomobilinə sahib olmaq çox cəlebdici səslənir. Yarış meydançasında olduqca sürətli bir avtomobil idarə etmək əlbəttə ki, varlı insanların həyatına axtardıqları həyəcanı qatır. Bahalı olmasının əsas səbəblərindən biri isə yarış meydançalarında ən azı bir neçə dəqiqə keçirmək üçün belə minlərlə dollar ödənilməsinin tələb edilməsidir. Şəxsi yarış avtomobili satın almaq isə milyon dollarlar deməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: İtaliyanın avtomobil nəhəngi Alfa Romeo-nun yaranma hekayəsi

7. Kolleksiya yığmaq

Kolleksiya toplamaq bir çox insanın maraq göstərəcəyi bir fəaliyyətdir. Yəni, bu hobbi təkcə varlı insanlara məxsus deyil. Ancaq nəzərə almaq lazımdır ki, varlı insanlar maddi baxımdan daha dəyərli əşyaların, sənət əsərləri, əntiq əşyalar, saatlar, zinət əşyaları və klassik avtomobillərin kolleksiyasını yığmaqla məşğul olurlar.

8. Şərab hazırlanması

Brown Wooden Wall Frame

Ən yaxşı şərab növlərin dadına baxmaq varlılar üçün əvəzedilməz bir ləzzətdir. Ancaq əksər varlılar bununla kifayətlənmir və öz şərablarını özləri hazırlamağa qərar verirlər. Odur ki, tanınmış və varlı insanların şəxsi mülklərinin demək olar ki, hamısında şərab anbarı və içərisində yüzlərlə şüşə şərabın olduğu emalatxanalar vardır.

9. Səyahət

White Airliner Wing on Top of Sea Clouds

Səyahət etmək günü-gündən daha çox populyarlıq qazanır və demək olar ki, bütün təbəqələr üçün əlçatan hala çevrilir. Nəqliyyat qiymətlərinin aşağı düşməsi ilə yanaşı texnologiyanın da inkişafı səyahətləri daha da ucuzlaşdırır. Bununla belə dünyadakı insanların əksəriyyəti il ərzində sadəcə bir neçə həftə tətilə çıxmağa imkan verəcək maddi vəziyyətə sahibdirlər. Varlı insanlar isə istədikləri an arzu etdikləri ölkələrə səfər edə bilərlər. Beləliklə də səyahətə çıxmaq onlar üçün özlüyündə bir hobbiyə çevrilir. Biznes sinif uçuşlar, eqzotik tətillər, lüks otellər...

10. Atçılıq

Silhouette of Person Riding a Horse

Varlıların ən sevimli hobbisi olan atçılıq da getdikcə daha kütləvi xarakter almağa başlayır. Bununla belə at sahibi olmaq həm pul, həm əmək tələb edir. Atçılıq mərkəzlərinə üzv olmaqla kifayətlənməyən milyonçular əksər hallarda şəxsi atçılıq təsərrüfatlarını qurur və ya at ferması satın alırlar. Belə fermalarda adətən tövlələr, fərqli atçılıq idman növləri üçün hipodrom yerləşir.

Həmçinin oxu: Hansı hobbiləri biznesə çevirmək olar?

Tamara Mustafayeva, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram