Varlı olmaq üçün 17 əsas qayda | Banco.az

Varlı olmaq üçün 17 əsas qayda

Yoxsulluqdan qurtulmaq üçün sadəcə "nə isə etmək” və ya “haradasa işləmək" azdır. Məhz bu yoxsulluğa aparan yoldur!

 Zəngin olmaq üçün isə, aşağıdakı sadə qaydaları yerinə yetirməyə başlamaq lazımdır:

 Sizin hər bir probleminiz qısa müddətdə həll olunmalıdır, adətən belə olanda bu problemin həlli üçün daha az səy tələb olunur. Ürəkli olun! Az düşünün və çox edin!

 1. Kimsə üçün az işləmək. Nə qədər çox işləyirsənsə, o qədər pis yaşayırsan!

 2. Əgər İstəyirsinizsə pulunuz olsun, bazara dəyər gətirin və insanlar özləri sizə pul verəcək. Pulun miqdarı isə sizin bu dəyərin yararlılığını nə dərəcədə inandırıcı yazacağınızdan asılıdır!

 3. Yalnız öz marağınız naminə işləyin. Korporativ mədəniyyət və firmaya loyallıq barədə çağırışları unudun. Firma sizdən pu qazanır, yoxsa orda heç işləməzdiniz.

 4. Ayda minimum 50000$ qazanmaq haqda düşünün. Çox olar. Az olmaz! Pul sizə başqalarının vasitəsilə gəlir. Ünsiyyət qurun! Çəkingən insanlar çox nadir hallarda varlanır.

 5. Kasıb ətraf sizi demək olar ki həmişə yoxsulluğa çəkir. Hətta çox varlı adamlarında həmişə elə "qohumları, dostları və digər ərizəçiləri"  tapılır ki, əgər onlardan peşəkarcasına canlarını qurtarmasalar, pullarından çox tez məhrum olarlar. Əgər siz hələ də kasıbsınızsa, sizin əhatənizdə varlıları sadəcə sevmirlər, hörmət etmirlər və bəziləri hətta nifrət edirlər. Həmişə Qalib və Nikbin insanlar ilə ünsiyyət qurmaq lazımdır. Məhz belə, böyük hərflə - Qalib və Nikbin!

 6. Yoxsulluq məsuliyyətdən yayınanda yaranır!

 7. Əgər Sizdə pul azdırsa, bizneslə məşğul olmaq lazımdır. Pulun yoxdursa heç, dərhal, elə indi bizneslə məşğul olmaq lazımdır! Problemlər axtarın və onların həlli üsulları düşünün. Ən uğurlu qərarları biznes layihələrinin şəklində tərtib edin və investorlara təklif edin.

Ən sərfəli kredit üçün müraciət et

 8. Böyük zənginliyə gedən yol yalnız passiv gəlirdən keçir! Sizin səylərinizin asılı olmayaraq gələn gəlir. Passiv gəlir mənbəyi yaradın və özünüz öz kefiniz ilə yaşayın!

 9. Sərfəli sərmayənin yalnız iki qaydalası mövcuddur. Birincisi - pulu qoru! İkinci qayda - risk etmək istəyəndə birinci qaydaya bax.

 10. Gəlir həmişə xərclərdən çox olmalıdır. Dünyanın ən varlı adamlarının fikir və tərcümeyi-hallarını öyrənin.

 11. "Mən Kiməm? Mənim unikallığım nədədir? Mənim həyatımın mənası nədədir? Pulum çox olsaydı hansı işlə məşğul olardım?" kimi suallara cavab verin. Ancaq düzünü! Bu sualların cavablarının və öz həyatının mənasını başa düşməyin gücü, enerjisi, ehtirası - sadəcə qüdrətlidir!

 12. Arzular - Həyatınızda ən əsas şeydir! Arzu etmək və arzuları həyata keçəcəyinə inanmaq! İnsan xəyal etməyi dayandıranda ölməyə başlayır.

 13. İnsanlara kömək edin! Pula görə yox, səmimi qəlbdən! Amma! Amma yalnız özünüz kömək etmək istədiyiniz insanlara. Bu mütləq qohumlar və ya tanışlar olmalı deyil.

 14. Komplimentlər deyin! Küçədə qadını sadəcə gözəl saç düzümünə görə, kişini gözəl, idmançı quruluşuna görə tərifləyin, tərif üçün səbəbdən çox səbəb var. Bu, sizin öz-özünüzə verdiyiniz qiyməti həmişə qaldırır!

 15. Qələbələrinizin gündəlik jurnalını tutun! Məğlubiyyət qələbələr və uğurlardan 7-12 dəfə çox yada düşür. Ruhdan düşəndə - bu jurnalı oxuyun!

16. İstənilən düşmənlə, yoxsulluq isə insanın düşmanıdır, sona qədər döyüşmək lazımdır, düşmənə qarşı mərhəmət və özünə rəhm etmədən!

17. Və sonuncu məsləhət. Heç vaxt, heç vaxt təslim olmayın.

Ən sərfəli krediti almaq üçün müraciət et