Varlanmağa kömək edən 3 vacib qərar | Banco.az

Varlanmağa kömək edən 3 vacib qərar

Həyatda qəbil etdiyiniz bəzi qərarlar sizin ömrünüzü zəngin və ya yoxsul kimi başa vurmağınıza bir-başa təsir edə bilər. Onlar sizin zəngin olmaq şansınızı əhəmiyyətli dərəcədə artıra və ya azalda bilər. Banco.az bu 3 vacib qərarı diqqətinizə təqdim edir.

1. Ali təhsil almaq

Ali təhsilli insanlar adətən daha çox pul qazanır. ABŞ Sent-Luis Federal rezerv bankının ekspertlərinin araşdırmasına əsasən, ABŞ-da 1989- 2013-cü illə arasında diplomlu mütəxəssislərin və elmi dərəcələri olan əməkdaşların daxilolmaları 45%-ə qədər artıb. Orta məktəbi qurtara bilməyən şəxslərin real qazancı isə 44% azalıb. 

2. Nikaha daxil olmaq

Nikahda kəramət var

Stabil ailə yaratmış insanlar, öz subay həmyaşıdlarından iki dəfə daha çox qazanır, amerikalı araşdırmaçı Cey Zaqorskiy iddia edir. Tək insanların rifahı daha asta templə yüksəlir, yeni ailə quranların gəlirləri isə elə evliklikdən dərhal sonra artır.

Zaqorskiyin sözlərinə əsasən, nikah  varlanmağın ən gözəl yoludur, amma evliliyin yeganə məqsədi – pul olmalı deyil. “Əgər siz yanıldığınızı anlasanız sizin maddi rifahınız dağılacaq” – təhqiqatçı söyləyir. Boşanmaq niyyətində olan həyat yoldaşlarının var -dövləti rəsmi boşanmadan 4 il əvvəl azalmağa başlayır və hətta 10 il sonra belə boşanmış insanların maddi təminatı əvvəldən subay olanlardan daha az olur.

Ən sərfəli kredit üçün müraciət et

3.  Ev almaq

Mənzil və ya ev almaq zənginləşməyə doğru yolda vacib addımdır. Mülkiyyət sahibləri daha çox qənaət edə bilir, nəinki kirayə mənzillərdə qalanlar. Həmçinin mənzil passiv gəlir mənbəyinə çevrilə bilər və mütəmadi olaraq sizin büdcəni artıra bilər.

Nikahdan fərqli olaraq mənzil itkisi varlanmaq şanslarını sıfıra endirmir. Yenidən müəyy\n səbəblərdən dolayı kirayələrə üz tutan şəxslər ev alqısındna əvvəlki maddi durumu çox tez bərpa edir.

Amma ev alarkən diqqətli olmaq lazımdır. İpoteka faizləri yüksəkdir, müddət də uzundur, həmçinin əlavə xərclər də çoxdur və bəzi hallarda kirayə ipotekadan daha sərfəli görünür. Amma bu yalnız o halda sərf edir ki, ilkin ödəniş üçün nəzərdə tutduğunuz məbləği yatırım edəsiniz və o, sizə aylıq gəlir gətirsin. 

Ən sərfəli krediti almaq üçün müraciət et