Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi valyuta hərracına çıxarılacaq valyutanın məbləği məlum olub.
Hərracda 35 milyon dollar satılacaq.
Qeyd edək ki, valyuta hərracı saat 12-də start götürəcək. Son hərracda dolların məzənnəsi 1,7498 manat səviyyəsində müəyyən edilmişdi.
Mənbə: Fins.az