Valyuta hərracında dollara tələb azalıb | Banco.az

Valyuta hərracında dollara tələb azalıb

Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Məlumatda deyilir ki, ABŞ dollarına tələb iyunun 9-na nisbətən 12 milyon ABŞ dolları və yaxud təxminən 22,8% azalaraq 40,7 milyon ABŞ dolları təşkil edib. Mərkəzi Bank bildirib ki, tələb tam ödənilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram