Valyuta hərracında dollara tələb artıb | Banco.az

Valyuta hərracında dollara tələb artıb

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

ABŞ dollarına tələb sentyabrın 1-nə nisbətən 15,4 mln ABŞ dolları və ya 24,2% artaraq 79,1 milyon ABŞ dolları təşkil edib. Tələb tam ödənilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram