Valyuta hərracında dollar ucuzlaşdı | Banco.az

Valyuta hərracında dollar ucuzlaşdı

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (SOFAZ) da iştirakı ilə hərrac keçirilib.

Banco.az AMB-ə istinadən xəbər verir ki, hərracda manatın orta çəkili məzənnəsi 1,7025 səviyyəsində formalaşıb. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, bundan öncəki hərracda bu məzənnə 1,7026 olub. Mərkəzi Bank USD/AZN rəsmi məzənnəsini bu gün üçün 1,7026 səviyyəsində müəyyən edib.