Valyuta hərracında bankların dollara tələbi azalıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Valyuta hərracında bankların dollara tələbi azalıb

Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirdiyi valyuta hərracında bankların dollara tələbi azalıb.

AMB-dən daxil olan məlumata görə, hərracda tələb 38,5 milyon dollar təşkil edib və tam təmin edilib. Bu isə ötən hərracla müqayisədə 15,3% azdır. Belə ki, mayın 12-də keçirilən hərracda banklara 45,5 milyon dollar məbləğində xarici valyuta satılmışdı.

Qeyd edək ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram