Valyuta hərracında banklar 51 milyon dollar alıb | Banco.az

Valyuta hərracında banklar 51 milyon dollar alıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Mərkəzi Bankda bu gün növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 51 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istiandən xəbər verir ki, bu, əvvəlki hərracla müqayisədə 7,9 milyon ABŞ dolları və ya 13,4% azdır. 

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb. 

Qeyd edək ki, avqustun 29-da keçirilən hərracda tələb 58,9 milyon ABŞ dolları olub və tam təmin edilib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram