21 aprel 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Mərkəzi Bankın məlumatına əsasən, hərracda tələb 38,8 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edib. Bir əvvəlki hərracda tələb 53 milyon dollar təşkil etmişdi.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!