30 iyul 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.
Hərracda tələb 60,5 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.
Xatırladaq ki, 28 iyul 2020-ci il tarixində valyuta hərracında tələb 63,1 milyon ABŞ dolları təşkil etmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!