Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Mərkəzi Bankın məlumatına əsasən, ABŞ dollarına tələb iyunun 18-nə nisbətən 6,1 milyon ABŞ dolları və yaxud, təxminən, 22,7% artaraq 33 milyon ABŞ dolları təşkil edib.
Mərkəzi Bank bildirib ki, tələb tam ödənilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!