Valyuta Fondu bank rəhbərlərini görüşə çağırıb | Banco.az

Valyuta Fondu bank rəhbərlərini görüşə çağırıb

Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri Məhəmməd Əl Qorçinin (Mohammed El Qorchi) Bakıya səfəri çərçivəsində kommersiya banklarının rəhbərləri ilə görüşü nəzərdə tutulur.

BVF-nin təklifi ilə görüşdə, Azərbaycan bank sistemində mövcud problemlərin aradan qaldırılması üçün daha hansı addımlar atılmalıdır, bank sektorundakı durum məzənnəyə necə təsir edir, Əmanətlərin Sığortalanması Fondu necə kapitallaşmalı və Fond bundan sonra necə fəaliyyət göstəməlidir, Azərbaycan Mərkəzi Bankının monetar siyasəti ilə bağlı fikirləriniz və s. məsələlər ətrafında müzakirələrin aparılması gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Görüşün martın 2-də keçirilməsi planlaşdırılır.

Mənbə: Marja.az