Valyuta ehtiyatlarına ehtiyac nədən irəli gəlir? | Banco.az

Valyuta ehtiyatlarına ehtiyac nədən irəli gəlir?

Valyuta ehtiyatları Mərkəzi Bank və digər maliyyə institutları tərəfindən saxlanılan xarici valyuta ehtiyatıdır ki, bu məbləğin saxlanılmasının əsas məqsədi xarici borc öhdəliklərinin həyata keçirilməsi və valyuta məzənnəsinə təsir etməkdir. Bildiyimiz kimi, idxal prosesi, əsasən də qızıl və neftin alınması dünya bazarında xarici valyuta ilə həyata keçirilir. Ölkələr də, öznövbəsində idxal prosesini həyata keçirmək üçün xarici valyuta ehtiyatlarını saxlayırlar. Həmçinin bu, valyuta məzənnəsi riskini də azaldır.

Ən sərfəli kredit üçün müraciət et

20-ci əsrin sonlarından etibarən ABŞ dolları müxtəlif ölkələrin Mərkəzi Bankları tərəfindən ehtiyat kimi saxlanılan ən əsas valyuta növüdür.

Azərbaycanda ən yüksək rəsmi valyuta ehtiyatı 31.07.2014 tarixində 15 193.4 mln ABŞ dolları həcmində qeydə alınmışdır. Neftin dünya bazarında ucuzlaşması və devalivasiya hadisələrindən sonra valyuta ehtiyatlarında kəskin azalma baş vermiş və valyuta ehtiyatları tədricən azalmağa başlamışdır. Son dövrün ən aşağı göstərici isə 29.02.2016 tarixində 4026.3 mln dollar müşahidə olunmuşdur.