Valyuta ehtiyatlarımız - keçmişə dönüş | Banco.az

Valyuta ehtiyatlarımız - keçmişə dönüş

Bu il valyuta ehtiyatlarımız üçün heç də ürək açan olmadı, elə ilk aylardan etibarən ehtiyatlarımız şam kimi əridi. Beş ildə qazandıqlarımızı bir ildə itirdik desək, heç də şişirtmiş olmarıq. Qeyd edək ki, ehtiyatlarımızın ən yüksək həddi 2014-cü ilin iyun ayına təsadüf edib - 15027,3 1. Bu vaxt ehtiyatlarımızın həcmi ilk dəfə 15 milyardı üstələyib. Həmin dövrdən etibarən isə valyuta ehtiyatlarımız azalmağa doğru gedib.

Aşağıdakı diaqramlarda siz son bir il ərzində valyuta ehtiyatlarının azalma tempini və həcmini izləyə bilərsiniz.  Ən ciddi itkilər isə (cari ilin dekabr ayının nəticələri məlum olmadığı üçün) fevral, mart və avqust aylarına təsadüf edib.

Ən sərfəli kredit üçün müraciət et

Bu azalmalardan sonra ehtiyatlarımızın həcmi 2010-cu il səviyyəsinə qayıdıb.

İllər üzrə valyuta ehtiyatlarının həcmi

Ən sərfəli krediti almaq üçün müraciət et