Tamara Mustafayeva, Banco.az
Dolların digər ehtiyat valyutalara qarşı möhkəmlənməsi və mərkəzi bankların valyuta satışları nəticəsində qlobal valyuta ehtiyatları rekord həddə geriləyib. Bəs ötən bir il ərzində hansı ölkədə daha çox valyuta ehtiyatı tükənib?
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, valyuta ehtiyatları ən çox azalan ölkə 19%-lik göstərici ilə Tayland olub ki, onu 16,5%-lə Çexiya izləyir. Digər ölkələrə nəzər saldıqda isə:
Meksika
-0,66%
Meksikanın valyuta ehtiyatları 1,2 milyard dollar azalaraq 198,2 milyard dollardan 197 milyard dollara düşüb. Ölkənin valyuta ehtiyatlarında illik azalma 0,66 faiz təşkil edib.
Tayvan
-0,7%
Tayvanın valyuta ehtiyatları 3,8 milyard dollar azalaraq 544,9 milyard dollardan 541,1 milyard dollara düşüb. Ölkənin valyuta ehtiyatlarında illik azalma 0,7 faiz təşkil edib.
İsrail
-5,8%
İsrailin valyuta ehtiyatları 204 milyard dollardan 11,8 milyard dollar azalma ilə 192,2 milyard dollara geriləyib. Ölkənin valyuta ehtiyatlarının illik azalması isə 5,8 faiz təşkil edib.
İndoneziya
-10%
İndoneziyanın valyuta ehtiyatları 14,7 milyard dollar azalaraq 146,9 milyard dollardan 132,2 milyard dollara düşüb. Ölkənin valyuta ehtiyatlarının illik azalması 10 faiz təşkil edib.
Cənubi Koreya
-10,2%
Cənubi Koreyanın valyuta ehtiyatları 47,2 milyard dollar azalaraq 464 milyard dollardan 416,8 milyard dollara geriləyib. Ölkənin valyuta ehtiyatlarında illik azalma isə 10,2 faiz hesablanıb.
Braziliya
-10,6%
Braziliyanın valyuta ehtiyatları 38,8 milyard dollar azalaraq 368,8 milyard dollardan 330 milyard dollara düşüb. Ölkənin valyuta ehtiyatlarında illik azalma 10,6 faiz təşkil edib.
Honkonq
-12,8%
Honkonqun valyuta ehtiyatları 63,2 milyard dollar azalaraq 495 milyard dollardan 431,8 milyard dollara düşüb. Ölkənin valyuta ehtiyatlarının illik azalması 12,8 faiz təşkil edib.
Türkiyə
-13,9%
Türkiyənin valyuta ehtiyatları 82,8 milyard dollardan 11,5 milyard dollar azalma ilə 71,3 milyard dollara düşüb. Ölkənin valyuta ehtiyatlarında illik azalma isə 13,9 faiz qeydə alınıb.
Çexiya
-16,5%
Çexiya Mərkəzi Bankının valyuta ehtiyatları 28 milyard dollar azalaraq 170,4 milyard dollardan 142,4 milyard dollara geriləyib. Ölkənin valyuta ehtiyatlarının illik azalması 16,5 faiz təşkil edib.
Tayland
-19%
Taylandın valyuta ehtiyatları 43,1 milyard dollar azalaraq 226,5 milyard dollardan 183,4 milyard dollara düşüb. Ölkənin valyuta ehtiyatlarının illik azalması isə 19 faiz təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!