Vakansiya! “Yapı Kredi Bank Azərbaycan”da hüquqşünas işləmək imkanı! | Banco.az

Vakansiya! “Yapı Kredi Bank Azərbaycan”da hüquqşünas işləmək imkanı!

Yapı Kredi Bank Azərbaycan “Hüquqşünas” vakansiyası üzrə işçi qəbulu elan edir. Banco.az portalı olaraq, sizə vakansiya üzrə nəzərdə tutulmuş tələbləri və əsas iş funksiyalarını təqdim edirik:

Tələblər:

• Ali hüquqi təhsil və ixtisası üzrə azı 2 il əmək stajının olması;
• Bank qanunvericiliyi (Banklar haqqında qanunvericilik, korporativ standartlar və s.);
• Mülki, əmək, inzibati, cinayət qanunvericiliyini (mülki, cinayət prosesi daxil);
• Müqavilələrinin bağlanması və rəsmiləşdirilməsi qaydasını və s. bilməlidir.

Əsas iş funksiyaları:

• Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
• Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
• Müqavilələrin hazırlanması, müqavilələrə dair hüquqi rəylərin verilməsi;
• Filial, şöbə və nümayəndəliklərin açılması ilə bağlı hüquqi sənədləri hazırlanması;
• Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması;
• Protokolların aparılması, hazırlanması;
• Məhkəmə və digər orqanlarına sənədlərin hazırlanması və təqdim edilməsi;
• Məhkəmədə və digər orqanlarda Bankın adından çıxış edilməsi;
• Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması və s.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün qeyd edək ki, vakansiya ilə maraqlanan şəxslər CV-lərini 30 iyul 2014-cü il tarixinədək [email protected] ünvanına göndərə bilərlər.

Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz: http://banco.az/az/jobs

Ən sərfəli krediti almaq üçün müraciət et