Vakansiya! Analiz və təşkilati bacarıqlara sahib olanlar üçün! | Banco.az

Vakansiya! Analiz və təşkilati bacarıqlara sahib olanlar üçün!

FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Marketinq Şöbəsi üçün BAŞ MARKETİNQ MÜTƏXƏSSİSİ vəzifəsinə işçi qəbulu elan edir. Banco.az portalı olaraq, vakansiya haqqında məlumatı müraciət etmək istəyən şəxslərin diqqətinə çatdırırıq:

İş Öhdəlikləri:

• Reklam ehtiyaclarının müəyyən edilməsi üçün əməliyyat şöbəsi ilə əməkdaşlıq
• Ehtiyaca uyğun olaraq bütün növ reklam vasitələrinin hazırlanması və təmin edilməsinin təşkili
• Müxtəlif statistik məlumatların hazırlanması;
• Yeni kredit məhsullarının və kampaniyaların reklamının təşkili
• Müxtəlif layihələrin icra olunmasına dəstək verilməsi;
• FINCA web səhifəsində və digər yerlərdə online reklam vasitələrində istifadə edilməsi;
• Təşviqat materiallarının ehtiyacının müəyyən edilməsi, sifarişi və paylanmasının təşkili;
 
Aşağıdakı şərtlərə uyğun gələn namizədlərin müraciət etməsi tövsiyyə olunur:

• Ali təhsil (marketinq, kommunikasiya və ya aidiyyatı olan sahə arzuolunandır);
• Marketinq, reklam və araşdırma sahəsində təcrübə;
• Azərbaycan və İngilis dillərində sərbəst danışmaq və yazmaq;
• Analiz və təşkilati bacarıqlar;
• Mükəmməl ünsiyyət bacarıqları, dürüstlük, operativlik və komanda üzvlüyü;
• Vaxtaşırı Azərbaycanın digər bölgələrinə səyahət etmək mümkünlüyü;
• Qrafik dizayn proqramlarını bilənlərə üstünlük verilir.

Ən sərfəli kredit üçün müraciət et

Yuxarıda qeyd edilən vəzifədə işləmək istəyən şəxslər öz tərcümeyi-halını (CV) 10 Avqust 2014-cü il tarixindən gec olmamaq şərtilə, [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (“Baş Marketinq Mütəxəssisi”) və iş elanının nömrəsini (№461/14) qeyd etməklə göndərə bilərlər.

Bundan əlavə, vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini aşağıdakı ünvana göndərməklə də müraciət edə bilərlər:

Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.
Tel: (012) 596 33 85\86\87;

Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz: http://banco.az/az/jobs

Ən sərfəli krediti almaq üçün müraciət et