Vahid Ələkbərov: Neftin qiyməti 25 dollara düşə bilər | Banco.az

Vahid Ələkbərov: Neftin qiyməti 25 dollara düşə bilər

Dünya bazarında neftin qiyməti 25 dollara düşə bilər, OPEK-in və Səudiyyə Ərəbistanının bəyanətlarına istinad edən, LukOil –in rəhbəri Vahid Ələkbərov bu qənaətdədir. Biznesmen cari il ərzində neftin qiymətində tərəddüdlərin çox olacağı fikrindədir. Dekabrın sonunda Ələkvərovun proqnozları fərqli idi: O, 2015-ci ilin sonuna neftin bir barrelinin 80 dollara olacağını güman edirdi.

LukOil-in rəhbəri neftin qiymətinin 25 dollara qədər enə biləcəyi ehtimalını da istinsa etməyib. Bu haqda o, Qaydarov forumunda jurnalistlərə bildirib, TASS bildirir ki, o jurnalistlərin suallarını belə cavablandırıb.

O qeyd edib ki, bu enişin ömrü qısamüddətli oalcaq. LukOil-in rəhbərinin proqnozuna əsasən, 2015-cü il ərzində neftin qiymətində əhəmiyyətli tərəddüdlər davam edəcək. Nümunə olaraq isə, o dünənki kotirovkaların dəyişməsini misal gətirib: “Ötən gün ərzində siz 10 faizlik sıçrayış gördünüz. Belə bir şey hələ olmamışdı. Dünənki ticari sövdələşmələrin gedişində İCE birjasında Brent markalı neftin 2015-ci ilin martında təchizatı nəzərdə tutulan fyuçers müqavilərlərində neftin qiyməti  bir barrelə görə $48,07 və $52,42 dollar arasında tərəddüd etdi. Nəticədə 15 yanvar tarixinə olan ticarət sessiyası bir barellə görə $48,27 dollar qiyməti ilə başa çatdı. Bu isə yanvarın 14-də başa çatan sessiya ilə müqayisədə 3,19% daha aşağı idi.

Bu gün İCE birjasında Brent markalı neft bahalaşır. Pik vaxtı barrelin dəyəri $49,69 dollara qaxmışdı ki, bu da təqribən ötəngünkü bağlanış rəqəmini 3% üstələyir.

Ən sərfəli kredit üçün müraciət et

2014-cü ilin dekabrın sonunda  Ələkbərov bəyan etmişdi ki, 2015-ci ildə neft üzrə orta qiymət bir barrelə görə 60 dollar olaraq və LukOil-in 2015-ci il üçün büdcəsi məhz bu rəqəmə uyğun tərtib edilib.

 «Bizim kompaniyamız 3 variant hazırlayıb: $80, $70, $60. Orta illik göstəricini biz hələ ki, 60 dollardan təsdiq etmişik » - Ələkbərov bildirib.

LukOilin rəhbəri aydınlıq gətirib ki, neftin qiymətinin aşağı düşməsinin bir əsas səbəbi də OPEK ölkələrinin bəyanatları ilə bağlıdır, belə ki onlar neftin barrelinin 20 dollara düşməsi halında belə işləyə biləcəklərini bildiriblər.

Amma Ələkbərov ümid edir ki, fevral sesssiyasında OPEK neftin qiymətinin qalxmasına dəstək olacaq bir qərar qəbul edəcək.

“Bu gün bir çox investisya layihələri dayandırılır. Ona görə ümid edirəm ki, neftin qiyməti stabilləşəcək.  Stabilləşmə hansı səviyyədə baş verəcək – bunu proqnoz etmək çətindir. Amma bizdə hesab edirik ki, ilin sonuna bir barrel neftin qiyməti 70-80 dollar həddində formalaşa bilər.- LukOİl prezident bəyan edib.