Vahid Əhmədov: "Neftin qiyməti siyasi proseslərdən asılıdır" | Banco.az

Vahid Əhmədov: "Neftin qiyməti siyasi proseslərdən asılıdır"

"Hesab edirəm ki, manatın devalvasiyası yumşaq aparılmalı idi ki, xalq şok effekti yaşamasın". Bunu bu gün keçirilən "Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı" adlı konfransda çıxış edən millət vəkili Vahid Əhmədov deyib.

V.Əhmədov bildirib ki, manatı qorumaq üçün AMB 11 mlrd. dollardan çox vəsait xərcləyib: "Əvvəllər deyirdik ki, neftin qiyməti bazardan asılıdır. Amma indi görürük ki, bu siyasi proseslərdən asılıdır. Bəzi dövlətlər Rusiyanı sıxmaq üçün belə edir".

Ən sərfəli kredit üçün müraciət et

Deputat deyib ki, gələn il Azərbaycanda 33 rayona dotasiya ayrılmayacaq: "Bu vaxta qədər 6 rayona dotasiya verilmirdi. Amma yeni büdcədə bu, 33 olacaq".

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et