Uzun illərin ən çox satılan mobil telefonları açıqlanıb | Banco.az

Uzun illərin ən çox satılan mobil telefonları açıqlanıb

Müəllif - Aida İsaq, Banco.az

“MyDrivers” portalı ən çox satılan 20 mobil telefonun siyahısını dərc edib. Bu modellərin ümumi satışları 3,245 milyardı keçib.

Banco.az xəbər verir ki, siyahının birinci yerində bu illər ərzində 250 milyon satışla “Nokia 1100” modeli yer alır. Onu 248 milyon cihaz satışı ilə “Nokia 1110” və 224 milyon satışla “iPhone 6” və “iPhone 6 Plus” modelləri izləyir.

Siyahıya həmçinin “Nokia 105”, “iPhone 6s” və “6s Plus”, “iPhone 7” və “7 Plus”, “iPhone 11”, o cümlədən “Pro” və “Pro Max” modelləri də daxildir. “Apple” smartfonları arasında “iPhone 5”, “iPhone 8” və “8 Plus” ilə birlikdə ilk 20-liyə daxil olub.

Ən sərfəli kredit üçün müraciət et

Siyahıya daxil edilən digər şirkətlərin yeganə telefonları müvafiq olaraq 13 və 16-cı yerləri bölüşən “Samsung E1100” və “Motorola RAZR V3” olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et