Uzun illər sonra Çinin oyun sənayesi kiçilir | Banco.az

Uzun illər sonra Çinin oyun sənayesi kiçilir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən 10 il ərzində əsaslı böyümə ilə ABŞ-ı geridə qoyan Çinin oyun sənayesi üçün görünür ki, parlaq günlər geridə qalıb.

Banco.az xəbər verir ki, Çinin Oyun Sənayesi Assosiasiyasının keçmiş hesabatlarına görə, ölkənin video oyunlar sənayesində 2008-ci ildən bəri ilk dəfə satışlar üzrə azalma müşahidə edib.

Assosiasiyanın yeni hesabatına görə isə bazar 2022-ci ildə video oyun satışlarından 265,9 milyard yuan (39 milyard dollar) əldə edib ki, bu da illik müqayisədə 10,33 faiz azalma deməkdir. Ümumi istifadəçi sayı da əvvəlki ilə nisbətən 0,33% az olmaqla 664 milyon nəfərə düşüb.

Onu da qeyd edək ki, “Sensor Tower” bazar araşdırması firmasının məlumatına görə, 2020-ci ilin sonuna Çin istehsalı olan oyunlar ABŞ-da mobil oyun gəlirlərinin 20%-ni təşkil edib. Keçən iyul ayında dünya üzrə gəlirlərinə görə top 100 mobil oyundan 39-u Çin şirkətləri tərəfindən istehsal edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et