ÜTT: Qlobal ticarət müharibəyə baxmayaraq, gücünü saxlayır | Banco.az

ÜTT: Qlobal ticarət müharibəyə baxmayaraq, gücünü saxlayır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) qlobal ticarətin 2022-ci il üzrə pessimist proqnozları üstələdiyini bildirib.

Banco.az xəbər verir ki, ÜTT "Ukraynada Müharibənin 1-ci İli: Qlobal Ticarət və İnkişafa Təsirin Qiymətləndirilməsi" adlı hesabatını dərc edib.

Hesabatda Ukraynadakı müharibədən əsaslı dərəcədə təsir görən iqtisadiyyatların alternativ tədarük mənbələri tapması səbəbindən qlobal ticarətin dayanıqlılığını saxladığı və 2022-ci illə bağlı pessimist proqnozlardan fərqli olaraq daha yaxşı nəticələr əldə edildiyi vurğulanıb.

Hesabatda həmçinin keçən ilki ticarət artımının ÜTT-nin 3 faizlik gözləntisindən yüksək olduğu, müharibədən əhəmiyyətli dərəcədə təsirlənən məhsulların ticarətinin və müharibəyə ən çox məruz qalan ölkələrin ticarətinin kifayət qədər dayanıqlı olduğu qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

O da bildirilib ki, müharibənin ən çox təsirinə məruz qalan məhsulların qiymət artımı müharibənin əvvəlində proqnozlaşdırılandan daha az olub.

Bununla belə, Ukraynada ixracatın 30 faiz azaldığı vurğulanan hesabatda taxıl ixracının da 14,9 faiz gerilədiyi xatırladılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et